Tarix

ASPI Consulting Engineers, Inc. Şirkəti 1994-cü il 24 Fevral tarixində təsis olunub və 1995-ci il Aktına əsasən 1999-cu il fevralın 26-da Səhmdar Cəmiyyət olmuşdur. Şirkət Azərbaycanda su, energetika və yolların layihələrndirilməsi sahəsində fəaliyyət göstərən ilk özəl məsləhətçi şirkətdir.

2001-ci il sentyabrın 12-də ASPİ rəsmi olaraq Azərbaycan Ticarət və Sənaye Palatası tərəfindən qeydiyyata alınmışdır. ASPİ Azərbaycanda Amerika Ticarət Palatası tərəfindən qeydiyyata alınan ilk mühəndis şirkətidir.

 

 

 

ASPI Məsləhətçi Mühəndislərin Beynəlxalq Federasiyasının (FIDIC) üzvü olan Milli Məsləhətçi Mühəndislik Cəmiyyətinin (NECSA) və İslam Ölkələri Məsləhətçilərinin Federasiyasının (FCIC) üzvüdür. Bu peşəkar təşkilatlarda üzvlük ASPİ-yə beynəlxalq tenderlərdə iştirak etmək etməsinə və şirkətin beynəlxalq statusunun möhkəmləndirilməsinə imkan verir.

Yerli səviyyədə ASPİ üçün ən mühüm məqam 1997-ci ildə Azərbaycan Hökumətinin ASPİ-yə EPC/Nəzarət layihəsinin cizgilərini hazırlamağı və Qarabağ müharibəsi nəticəsində dağılmış infrastrukturun tikintisini həvalə etməsi olmuşdur. Layihə 1999-cu ilin yanvar ayında uğurla başa çatmışdır. Məsləhətçi mühəndislik xidmətindəki əla reputasiyamızdan irəli gələrək Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Bakı Elektrik Şirkətinin, Azərbaycan Boru Prokat və Polad Tökmə müəssisənin, eləcə də doqquz kiçik SES-in özəlləşdirilməsi layihəsində ASPİ-nin xidmətlərindən istifadə etmişdir . 2001-2003-cü illərdə başa çatan bu layihələrdə Azərbaycan Hökuməti 349 milyon ABŞ dolları qənaət etmişdir.

Hazırda ASPİ keçmiş Sovet respublikalarında aparıcı məsləhətçi mühəndis şirkətidir. Şirkət dünyanın 12-dən çox ölkəsində 90-dən artıq layihə həyata keçirmişdir.2010-ci ilin yanvar ayında şirkət EPC/Nəzarət layihəsini uğurla başa çatdırmışdır. Ümumilikdə ASPİ 55 milyon ABŞ dollarında artıq dəyəri olan layihələrdə iştirak edib.

   
     
     
 

AASPI Consulting Engineers, Inc.   A.Səhhət  küçəsi 14, Bakı 1007,  AZƏRBAYCAN,
Telefon: +99412 495 11 30    Faks: +99412 495 12 47   Email: FS@aspi.az Web: www.aspi.az