Ekoloji Siyasət


ASPİ bütün fəaliyyətində ətraf mühitə olan təsiri və müvafiq normaları nəzərə alır. Biz bütün fəaliyyətimizdə ətraf mühitin mühafizəsi məsələlərinə birinci növbədə diqqət yetiririk. ASPİ-nin xidmət göstərdiyi hər bir sahədə rəhbərlik və işçilər ətraf mühitin mühafizəsinə dair bütün normalara əməl edirlər. Bizim mütəxəssislərimiz müştərilərimizə və bizimlə əməkdaşlıq edən şirkətlərə zəmanət verirlər ki, həyata keçirdiyimiz bütün texniki layihələrin ətraf mühitə vurduğu ziyanın minimal həddə çatdırılması üçün əlimizdən gələni edirik. Bütün cari və gələcək fəaliyyətimizdə ASPİ-nin rəhbərliyi və əməkdaşları dünya ekologiyasının qorunması, mühafizəsi və inkişafına xüsusi diqqət yetirirlər.






Ətraf mühitin mühafizəsi istiqamətində məqsədlərinə nail olmaq üçün ASPİ Ekoloji Siyasət tərtib etmişdir. Bu siyasət çirklənmənin qarşısının alınması, zibillərin azaldılması və təmizlənməsi, işçilərin sağlamlığı və təhlükəsizliyi kimi məsələləri nəzərdə tutur. ASPI müştərilərini də ətraf mühitin mühafizəsinə çağırır və bu istiqamətdə tövsiyələr verir. ASPİ-nin ekoloji siyasəti mühəndis xidmətləri göstərərkən ətraf mühitin mühafizəsinə dair tərtib olunmuş təlimatlar və normalara əsaslanır.













 

ASPI Consulting Engineers, Inc.   A.Səhhət  küçəsi 14, Bakı 1007,  AZƏRBAYCAN,
Telefon: +99412 495 11 30    Faks: +99412 495 12 47   Email: FS@aspi.az Web: www.aspi.az