MƏSLƏHƏTÇİLƏRİN QEYDİYYATI ÜÇÜN MƏXFİLİK SİYASƏTİ

 Xahiş edirik aşağıda verilən məxfilik siyasəti haqqında məlumatı diqqətlə oxuyun:


ASPİ həm bir şirkət daxilində, həm də birgə qrup şəklində layihələr həyata keçirən məsləhətçi və layihə menecmenti şirkətidir. Biz aşağıdakı məqsədlər üçün məlumatlar və işçi heyət toplayırıq:

       a) Maraqların ifadə olunması və tədqim edilməsi;
       b) Imkanların araşdırılması;
       c)
Tenderlər.

ASPI sizin şəxsi məlumatların məxfiliyinin qorunmasının mühümlüyünü anlayır və bu təlimatda  sizin ASPİ-yə təqdim etdiyiniz hər hansı özəl və həssas məlumatın toplanma, istifaadə, saxlama və istifadəsi haqqında məlumat verilir.


 Biz hansı məlumatları toplayırıq?

Sizdən şəxsi məlumatları aldıqda bu məlumatlardan necə istifadə ediləcəyi haqqımda sizi məlumatlandıracayıq. Bizim toplayacığımız şəxsi məlumatlar aşağıdakılardan ibarətdir:

  • Tərcümeyi hal (CV);
  • Məsləhətçinin qeydiyyat forması, həm elektron, həm də çap nüsxəsi; və
  • Biznes kart.

Bu şəxsi məlumatlar aşağıdakılar da daxil olmaqla müxtəlif mənbələrdən əldə edilə bilər:

       1) Elan vasitəsilə;
       2) İnternet səhifəsi vasitəsilə;
       3) Elektron poçt, poçt, faks və şifahi şəkildə; və
       4) Üçüncü tərəfin veridiyi məlumat və ya vasitəçilərdən.

ASPİ-nin elektron səhifəsində oxucunun ilkin razılığı olmadan oxucudan məlumat tələb olunmur və serverə göndərilən məlumat fraqmentlərindəndə istifadə olunmur. Baxmarayaraq ki, biz gizli məlumatları əldə edə bilərik, sizə aid xüsusi məxfilik tələb edən hər hansı şəxsi məlumatları toplamayacayıq. Bütün bu məlumatların daxili məxfilik şəraitində saxlanması nəzərdə tutulur və onlar yalnız vacib olduqda istifadə olunacaq, bu məlumatların toplanması və saxlanması üçün sizin razılğınız tələb olunur. Bizim tərəfimizdən toplanan bütün şəxsi məlumatlar ASPİ-nin ofislərinin yerləşdiyi ölkələrin məxfilik qanunlarının tələblərinə uyğun şəkildə istifadə olunacaq.


 Sizin öhdəlikləriniz

Bizim internet səhifəmiz vasitəsilə məlumat verərkən sizin ərizə formasında şəxsi məlumatları da qeyd etməyiniz tələb oluna bilər. Biz sizə istifadəçi adı və şifrə verərik ki, siz bunun vasitəsilə bizim online xidmətlərdən istifadə edə bilərsiniz. Siz həmçinin öz istifadəçi adınızı və şifrənizi məxfi saxlaya bilərsiniz.

 Şəxsi məlumatları daxil etməmək qərarı

Bizim internet xidmətlərimizə qoşulmaq və ya onlardan istifadə etmək istədikdə sizdən şəxsi məlumatlar daxil etməniz xahiş oluna bilər. Bu məlumatların daxil edilməsi tamamilə könüllüdür. Lakin, siz onları daxil etmədikdə biz sizinlə əlaqə saxlaya bilməyəcəyik və sizin üçün uğurlu seçim edə bilməyəcəyik.


 Məlumatın yayılması


Biz sidən aldığımız şəxsi məlumatları tam məxfilik şəraitində saxlayacayıq. Biz bu məlumatları, bizimlə məxfilik haqqında müqavilə imzalayanlar istisna olmaqla, üçüncü tərəfə satmayacayıq, verməyəcəyik, icarəyə verməyəcəyik, lisenziya verməyəcəyik, açıqlamayacayıq və ya  göstərməyəcəyik. Biz məlumatları yalnız ASPİ-nin ofislərinin yerləşdiyi ölkələrdə şəxsi məlumatların ötürülməsi zamanı müvafiq məxfilik qanununa uyğun olaraq fəaliyyət göstərən üçüncü tərəfə verəcəyik.

Biz sizdən bu məlumatları aldığımız zaman bildirdiyimiz səbəblər üçün aşağıdakı şərtlər altında aşkarlaya bilərik:

Siz bizim həmin səbəbdən bu məlumatları aşkarlamağımızı gözlədiyiniz halda; və

Məlumat toplanarkən sizə bildirilən səbəblə əlaqədar olan suallar.

Sizin şəxsi məlumatlarınız layihə işlərinə cəlb edilmək məqsədilə bizim müştərilərimizə təqdim olunmaq üçün istifadə oluna bilər. Təqdimat formalarına aşağıdakılar daxildir:


  • Marağın bildirilməsi;
  • İmkanların bildirilməsi; və
  • Tenderlər.
 

Bizə tədqim olunan məlumatlar tender sənədlərinə daxil edilmək üçün tərcümeyi hal (CV) formasında olacaq. Yuxarıda təqdim olunan sənədlərdən hər hansı birini almış müştərilərimizdən Məxfilik Siyasətinin bir nüsxəsini tələb etmək və saxlamaq bizim siyasətimizdir. Bura sənədlərin surətini almış birgə müəssisə tərəfdaşları da daxildir.

Biz həmçinin şirkət daxilində və layihə ofislərinə paylanan rüblük hesabatlarda da sizin şəxsi məlumatlarınızdan istifadə edə bilərik. Rüblük hesabatda məsləhətçinin yalnız layihədəki fəaliyyəti ilə əlaqədar ola şəxsi informasiyadan istifadə olunacaq.

Biz sizin yazılı razılığınız olmadan yuxarıda göstərilən məqsədlərdən başqa heç bir məqsəd üçün sizin şəxsi məlumatlarınızdan istifadə etməyəcəyik.



 Sizin məlumatın təhlükəsizliyi

Biz sizdən aldığımız məlumatların səliqə ilə, təhlükəsiz şəkildə saxlanmasını və yalnız bizim səlahiyyətli işçilər tərəfindən istifadə olunmasını təmin etmək üçün tələb olunan bütün addımları atacayıq. ASPİ-nin elektron səhifəsinə və ya elektron səhifəsindən hər hansı göndərmələrə yalnız keyfiyyətə nəzarət və sistemin idarə olunması məqsədilə nəzarət edilir.

Xahiş edirik yadda saxlayasınız ki, internet şəbəkəsinə daxil edilmiş hər hansı məlumatın 100% təhlükəsizliyinə heç kim zəmanət verə bilməz. Biz sizin şəxsi məlumatınızı qorumağa çalışacayıq, lakin elektron səhifəmizə göndərdiyiniz və ya oradan əldə etdiyiniz hər hansı məlumatın təhlükəsizliyinə təminat verə bilmərik. Bu fəaliyyət sizin öz seçiminizlə həyata keçirilir. Biz sizdən məlumatı aldıqdan sonra onun təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik.

Biz elektron səhifəmizə icazəsiz kənar müdaxilələrin qarşısını almaq üçün öz kompüter sistemimizdə təhlükəsislik sistemindən istifadə edirik. Təhlükəsizliyi təmin etmək üçün təhlükəsizlik və audit qeydiyyatını tətbiq ediləcək. Məlumatlar çap olunmuş şəkildə yalnız bizim səlahiyyətli əməkdaşımızın daxil ola biləcəyi bağlı otaqda saxlanacaq. Məsləhətçilər haqqında məlumatlardan yalnız bizim əməkdaşlarımız istifadə edə bilərlər. Yardım məqsədi ilə podratçıların cəlb olunduğu hallar istisna olmaqla məlumatlardan üçüncü tərəfin istifadə etməsi qadağan olunur.


 Sizin şəxsi məlumatların əldə edilməsi, düzəliş edilməsi və yenilənməsi


ASPI məsləhətçilər haqqında məlumat bazasında vaxtaşırı əlavələr edir. Məlumat bazası administratoru davamlı olaraq məlumat bazasını yoxlayır və aşağıdakı hallarda əlavələr edir:

        a) yenilənmiş CV qəbul olunduqda; və ya
        b) elektron poçt vasitəsilə dəyişikliklər haqqında məlumat alındıqda; və ya
        c) cari məlumatların əldə edilməsi üçün sizinlə əlaqə saxlandıqda.

ASPİ-nin Məsləhətçi Bazasına qeydiyyata düşmək, məlumat bazasının saxlanması, işə düzəlmə və tender elanları və ASPİ-nin digər biznes fəaliyyətləri üçün məsləhətçinin razılığını almaq üçün siz bizə əksini tövsiyə edənə qədər ASPİ-nin nümayəndələri onunla əlaqə saxlayacaqlar.

Sizinlə əlaqə saxlamaq cəhdləri iki dəfə uğursuzluqla nəticələndikdən sonra biz sizin Tərcüneyi Halınızı kompüter sistemindən siləcəyik və əgər varsa çap nüsxəsini də məhv edəcəyik.

Siz bizə biznes kart təqdim edərkən bu kartı bizim qovluğumuza və bu kartda olan məlumatları sizin məlumat bazanıza daxil edirik. Siz bizim bu məlumatlardan istifadə edərək sizinlə əlaqə saxlamağımıza razılıq verirsiniz. Əgər bizim bu məlumatları məlumat bazasına daxil etməyimizi istəmirsinizsə xahiş edirik bizimlə əlaqə saxlayasınız və biz bu məlumatları bazadan siləcəyik.


 Bizimlə necə əlaqə saxlaya bilərsiniz

Biz həmişə sizin şəxsi məlumatlarınızın qorunduğuna və ASPİ ofislərinin yerləşdiyi ölkələrdə mövcud olan məxfilik qanununa əsasən məxfiliyinintəmin olunduğuna əmin etmək üçün böyük diqqət göstərəcəyik. Əgər sizin hər hansı sualınız, rəyiniz varsa və ya sizin məlumatlardan qanunun tələb etdiyi qaydada istifadə olunmadığına inanırsınızsa xahiş edirik +99412 495 11 30 telefon nömrəsi ilə ASPİ ilə əlaqə saxlayın və ya www.aspi.az elektron ünvanına öz suallarınızı göndərin.

 ASPI bu siyasəti istənilən zaman yeniləmək və düzəliş etmək hüququna malikdir.

Biz xahiş edirik ki, siz ASPİ Məxfilik Siyasətini oxumaq üçün bir qədər vaxt sərf edəsiniz. Qeydiyyat prosesini davam etdirə bilmək üçün siz bu Məxfilik Siyasətini qəbul etməlisiniz.

 

_________________________________________________________________________________________________
 
 ƏSAS MƏLUMAT

GÖNDƏRİLMƏ TARİXİ:
     5 Dekabr 2011
MÜRACİƏT TƏLİMATI:
     Müraciət etmək üçün http://aspi.az/career elektron ünvanından istifadə edin
Təşkilat (lar):
     ASPI Consulting Engineers, Inc.
Ölkə/Region:
    Orta Şərq, Cənubi Qafqaz və Orta Asiya
Son tarix:
     3 Mart 2012

 İzahat


ASPI Consulting Engineers, Inc. infrastruktur, iqtisadi inkişaf, təchizat zənciri və texniki sahədə uğurlu təkliflərin hazırlanması üçün texniki mütəxəssislər axtarır. Biz beynəlxalq maliyyə təşkilatlarının təkliflər hazırlamaq prosedurları və prosesləri ilə tanış olan, mükəmməl texniki biliklərə malik olan, xüsusilə proqrammatik sahələrdə biliklərə malik olan və bizimlə vaxtaşırı, qısa vəuzun müddətdə əməkdaşlıq etməyə hazır olan mütəxəssislər axtarırıq.


  · RFP təhlili və mövzuların və texniki yanaşmaların hazırlanması.
  · Təklif planının, texniki göstəricilər matrisasının və tələb olunduqda təkliflər qrafikinin hazırlanması.
  · Təkliflərin müxtəlif hissələrinin, o cümlədən icra haqqında qısa hesabatın, əvvəlki fəaliyyət/ keyfiyyət qeydiyyatlarının və texniki     yanaşmanın yazılması. 
  · Tələb olunduqda, podratçılardan gələn təkliflrin  yoxlanması və yenidən yazılması və  təklifin yekdilliklə qəbul olunmasını     təmin etmək üçün xarici kolleqalarla əməkdaşlıq etmək
  · Təkliflərin dəqiqliyinə əmin olmaq üçün texniki və/ya rəhbər işçilərlə əlaqə saxlamaq.
  · Təkliflərin və əlaqədar sənədlərin redaktə standartlarına və təklif formatıma tam uyğun olması üçün onların redaktə edilməsi.

 Tələb olunan keyfiyyətlər


  · Texniki yazı sahəsində üstün qabiliyytin olması.
  ·  IFO/ICB/QCBS yəkliflərinin yazılması sahəsində 5 ildən artıq təcrübə, təkliflərin hazırlanması təcrübəsinə böyük üstünlük      verilir.
  ·  Yüksək təşkilatçılıq və detallara diqqət yetirmə qabiliyyəti.
  ·  Əla əməkdaşlıq və ünsiyyət/ fikir mübadiləsi aparmaq qabiliyyəti.
  ·  İngilis dilində danışmaq və redaktə etmək sahəsində yüksək səriştə.
  ·  Yüksək temp şəratində müxtəlif tapşırıqları yerinə yetirmək qabiliyyəti.
  ·  Daha çox inşaat mühəndisliyi, sektor iqtisadiyyatı, regional planlaşdırma və oxşar sahələrdə bakalavr dərəcəsi, İngilis dili və      kompüter bilikləri
  ·  Magistr dərəcəsi müsbət haldır.

 Müraciət prosesi


Bu vəzifə üçün müraciət etmək üçün xahiş olunur Tərcümeyi Halınızı (CV) bizim elektorn ünvanımıza göndərəsiniz:

http://aspi.az/career. Bizim www.aspi.az elektron səhifəmizə daxil olaraq şirkətimiz haqqında daha çox məlumat əldə edə bilərsiniz. Xahiş edirik telefonla və faksla müraciət etməyin və ofisə gəlməyin.

ASPI Consulting Engineers, Inc. bütün namizədlərə bərabər imkanlar yaradır.

 Əsas sahələr

    infrastruktur, iqtisadi inkişaf, dəniz mühəndisliyi, inşaat üçün cizgiləndirmə, təkliflərin hazırlanması, tender keçirilməsi.

 Aşağıdakılara da diqqət yetirilməlidir

  ·   İş- qısa müddətli ekspertlər (kiçik)
  ·   İş- qısa müddətli məsləhətçilər - (3) imkan
  ·   İş – Siyasət üzrə Baş Analitik

Tərcümeyi Halınızı "hr@aspi.az" elektron ünvanına göndərin




 

ASPI Consulting Engineers, Inc.   A.Səhhət  küçəsi 14, Bakı 1007,  AZƏRBAYCAN,
Telefon: +99412 495 11 30    Faks: +99412 495 12 47   Email: FS@aspi.az Web: www.aspi.az